Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

Zelenski və Avropa liderləri ilə danışıqlardan sonra dərhal Putinə zəng edəcək

Zelenski və Avropa liderləri ilə danışıqlardan sonra dərhal Putinə zəng edəcək

ABŞ Prezidenti Donald Tramp günün sonuna qədər Rusiya Prezidenti Vladimir Putinə zəng edəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün əvvəlində jurnalistlərlə söhbəti zamanı deyib.

Trampın sözlərinə görə, o, Zelenski və Avropa liderləri ilə danışıqları başa vurduqdan sonra Putinə dərhal zəng edəcək.

ABŞ prezidenti qeyd edib ki, Zelenski ilə görüşdən az əvvəl Putinlə dolayı söhbəti olub. Onların nə haqda danışdıqları dəqiqləşdirməyib.

Amerika KİV-in məlumatına görə, Tramp çox yaxın gələcəkdə özü, Zelenski və Putinlə üçtərəfli görüş təşkil etmək istəyir. CNN bildirib ki, ABŞ və Ukrayna prezidentləri arasında danışıqlar uğurla nəticələnərsə, görüşə hazırlıq dərhal başlayacaq və o, avqustun 22-də təşkil oluna bilər.

Editor

Related Posts