Today Çərşənbə axşamı, 19th Avqust 2025
Birinci 24

Birinci 24

Elektrik enerjisi xaricə 9,6 qəpiyə, əhaliyə isə 11,1 qəpiyə satılır

Elektrik enerjisi xaricə 9,6 qəpiyə, əhaliyə isə 11,1 qəpiyə satılır

Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə 737 milyon 466,3 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Birinci24 informasiya agentliyi açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 41 milyon 610 min dollar olub.

Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,6 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,6 qəpik təşkil edib.

Qeyd edək ki, bu,daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.

Bildiyimiz kimi, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.

Editor

Related Posts