Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sevdanın da, Dilarənin cəmi bir uğurlu layihəsi var!”

Stilist Anar Ağakişiyev “7 özəl” proqramında müğənnilərin obrazlarını dəyərləndirib.

Sənətçi Dilarə Kazımova və Sevda Yahyayeva barədə fikirləri ilə diqqət çəkib. O bildirib ki, Dilarənin yalnız “Harem” mahnısı və klipini bəyənir:

“Bu çox uğurlu və səs-küylü bir klip idi. Hətta Selin Ciğerci bu obrazı təkrarlamışdı. Dilarə Kazımovanın karyerasında yalnız bir klipi, uğurlu layihəsi var. Digərləri yaddaqalan deyil. Tamaşaçı kimi deyirəm ki, necə ki, Sevda Yahyayevanın “O zaman” mahnısından başqa heç nəyi tutmur, bu da elə. Mahnı da, klip də uğurludur. Yalnız bir mahnı və bir klip!”.

Qeyd edək ki, Anar sıralamada Dilarəni ən maraqlı obrazlar sırasında 4-cü pilləyə yerləşdirib və onunla münasibətinin olmadığını, hətta salamlaşmadığını da söyləyib.

admin

Related Posts