Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“İstəmərəm qızım aktrisa, ya da müğənni olsun”

Aktrisa Nərgiz Əliyeva qızı Jasminlə bağlı açıqlama verib.

Bu barədə o, “Səhərin səsi” verilişində danışıb. Nərgiz deyib ki, övladının Azərbaycanda aktrisa, yaxud müğənni olmağını istəmir:

“Mən çox qısqanc anayam, qızımı çölə çıxmağa da çox qoymuram. Hətta şəkillərini də az paylaşıram. Ümumiyyətlə böyüdükcə bəlkə heç paylaşmadım, ancaq ad günlərində təbrik üçün yerləşdirərəm. İstəmirəm aktrisa, ya da müğənni olsun. Görsəm ki, çox meyillidir, onu xaricə apararam ki, orada işləsin. Burada yox. Mənim üçün də səbəb olar, onunla gedərəm”.

admin

Related Posts