Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ Ukraynaya “Patriot” verməyə hazırlaşır

ABŞ Ukraynaya “Patriot” verməyə hazırlaşır

Ağ Ev ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərmək üçün hazırlığı yekunlaşdırır.

Bu barədə CNN Bayden administrasiyasının yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, köçürmə üçün Pentaqon rəhbəri Lloyd Austin və Co Baydenin təsdiq imzası lazımdır.

“Nə qədər raket buraxılış qurğusunun göndəriləcəyi bəlli deyil, lakin tipik “Patriot” batareyasına hədəfləri aşkar edən və izləyən radar, kompüterlər, elektrik enerjisi avadanlığı, döyüş idarəetmə stansiyası və hər birində dörd atışa hazır raket olan səkkizə qədər buraxılış qurğusu daxildir”, – nəşrin məlumatında deyilir.

Editor

Related Posts