Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bir salama 10 min dollar verirlər” – Rüfət Quliyev

“Bir salama 10 min dollar verirlər” – Rüfət Quliyev

Xaricdə oxuyub gələnlər Azərbaycandakı maaşa qane olmurlar.

Bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

“Deyə bilərik ki, bizdə yüksək maaş deyəndə 3000 min manat nəzərdə tutulur. Amma mən elə adam tanıyıram ki, özü Bakıdadır, amma Dubayda kriptovalyuta ilə məşğuldur. Bir salama 10 min dollar təklif edirlər. Hələ təkcə salama 10 min dollar maaş verirlər. Həmin mütəxəssisləri ölkəyə cəlb etmək üçün işlər görməliyik. Məsələn, nazirliyin yanında fond yarada bilərik ki, xaricdə oxuyan tələbələrin xərcləri ödənilsin”, – deyə deputat Azərbaycanda İKT sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinin vacib olduğunu söyləyib.

Editor

Related Posts