Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda tezliklə “Bravo” marketlərinin fəaliyyətə başlaması gözlənilir

Bu marketlərin Talıbovlara məxsus obyektlərdə fəaliyyət göstərəcəyi bildirilir. Satıcılar deyir ki, bu məqsədlə Talıbovlardan müsadirə olunan obyektlərdə qalan mallar dəyər-dəyməzinə satışa çıxarılıb:

Yerli sakinlərin məlumatına görə, şəhər mərkəzindəki yenicə təmirdən çıxmış keçmiş “Gənclik Mərkəzi” də hasara alınıb. Burada da “Bravo”nun fəaliyyətə başlayacağı bildirilir:

“Hasara alındığı, mühafizə olunduğu üçün içəri girmək mümkün deyil. Vasif Talıbovun istefasından dərhal sonra orada hazırlıqlar gedir.

Mühafizəçilər deyir ki, “Bravo”nun açılmasına hazırlıq gedir”.

Bundan əlavə muxtar respublikanın rayon, qəsəbə və kəndlərində də “Bravo” marketlərinin açılışına hazırlıqlar getdiyi bildirilir.

“Bravo” marketlər şəbəkəsinin Paşayevlərin nəzarətində olduğu bildirilir. Məlumata görə, şəbəkə uzun müddətdir ki, Naxçıvanda da fəaliyyətə başlamaq istəsə də, muxtar respublikanın keçmiş rəhbəri Vasif Talıbov buna imkan yaratmırmış.

admin

Related Posts