Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Zeynəb xanım boş-boş danışanlara cavab vermir”

Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Mehriban Xanlarova suallarını cavablandırıb.

  • Mehriban xanım, sizcə sənətdə nə çatışmır? Sizi qane etməyən nələr var?
  • Dərinliyə gedən zaman, sənətdə çatışmayan çox şeylər var. Mən öz sahəm üzrə bir neçəsini sadalaya bilərəm. Başqa peşə ilə məşğul olan insanlar aktyorluğun təhsilini almadan və ən əsası isə istedadı olmadan hansısa “sponsorun” sayəsində gəlib filmə, seriala çəkilir. Beləliklə də, çəkiliş zamanı ortaya yaxşı iş çıxmır. Sonra da tamaşaçıları qınayırlar ki, cammat niyə öz seriallarımıza baxmaq əvəzinə türk seriallarına baxır? Çünki orada bütün çəkiliş heyyəti professional insanlardan ibarətdir. Şəxsən mən özüm “Camdakı Qız” və “Yarqı” serialını sevə-sevə izləyirəm. Tamaşaçı keyfiyyətli, film, serial axtarır ki, baxsın. Onları aldatmaq mümkün deyil! Rejissorda tələbkar olmalıdır, aktyordan tələb etməlidir ki, istedadını ortaya qoysun! Mən canlandırdığım obrazlarda öncə həmin obrazı öz beynimdə yaradaraq özümü ona inandırıram ki, mən filankəsəm! Çünki mən həmin obraz olduğuma inanmasam, tamaşaçı necə inansın? Başqa peşə sahiblərinin filmə, seriala çəkilməsinə son verilməlidir! Aktyorluq sənətini bu qədər cılızlaşdırmaq olmaz! Çünki illərlə bu sənət yolunda həyatını, gəncliyini filmdə, serialda, teatrda qurban verən insanlar var!
  • Bu kimi hallarla mübarizə aparmaq mümkündür?
  • Buna aiddiyatı qurumlar nəzarət etməlidir. Mən gənclərlə tez-tez ünsiyyətdə oluram. Sizi inandırım ki, onlar üniversitetə hazırlaşanda deyirlər ki, bəxtə-bəxt aktyorluqu da cızaq. Heç yerə çatmasa balımız ən azından ora qəbul olarıq. Bu düşüncə ilə bəzi gənclərimiz təsadüf nəticəsində mədəniyyət sahəsinə gəlib düşürlər. Nəticə etibarı ilə sevib gəlmədikləri üçün, diplom almaq xatirinə baş girəliyirlər. Vallah belə, olmaz! Çünki mənim kimi minlərlə həmkarım bu sənət yolunda həyatının ən gözəl illərini qurban verib. İnsan hansı peşənin sahibi olursa-olsun, öncə onu sevməlidir!
  • Mehriban xanım, bütün arzuladıqlarınıza nail ola bilmisiniz? Türkiyədə sizin kimi sənətkarlar çox gözəl yaşayır. Onların ev-eşikləri, avtomobilləri, villaları, hətta biznesləri də var.
  • Mən heç vaxt pul dalınca qaçmadım! Əgər pul arxasınca qaçan olsaydım elə 2001-ci ildə Türkiyənin TRT kanalında “Cinlər və Pərilər”, “Bizim Məhəllə” seriallarına çəkiləndə orada qalıb sənət fəaliyyətimi dəvam etdirərdim. Həmin illərdən bir xatirəni sizə danışmaq istəyirəm. Türkiyədə olarkən serial çəkilişi zamanı oynadığım rolda ağlamalıydım. Mən təbii olaraq ağlamağa başladım. Gözümə heç nə salmadan. Rəhmətlik Osman Yağmurdereli mənə dedi ki, sən çox istedadlı aktyorsan. Mən vətənimi qoyub orada qala bilmədim. Orada sənət fəaliyyətimi davam etdirsəydim indi milyonçu olmuşdum. Elə həmin illərdən çiftə vətəndaşlıq daşıyıram. Türkiyə və Azərbaycan vətəndaşlığını. Bununla da qürur duyuram! Milyonlarım olmasa da, məni yaşadan xalqımızın sevgisi, tamaşaçı alqışıdır. Allah bu sevgini mənə çox görməsin. Amin! Bu dünyada maddiyat boşdur. Heç kim qəbir evinə, gördüyü əməllərdən başqa heç nə aparmır. Milyonlar, villalar, lüks maşınlar mənim üçün mənasızdır.
  • Mehriban xanım, bibiniz, böyük sənətkarımız Zeynəb Xanlarova haqda məlumatları mütəmadi olaraq sizdən alırıq. Bəzi xəbər portallarında yazmışdılar ki, Zeynəb xanım Azərbaycana gəlib, Aztv-nin yeni il çəkilişində iştirak edib. Həqiqətənmi Azərbaycanda deyildi?
  • Əfsanəvi insanların haqqında hər zaman söz-söhbətlər gəzir. Bütün dünya ulduzları haqqında hər cür xəbərlər, yalanlar danışılır. Zeynəb xanım heç vaxt boş-boş danışanlara cavab verməyib. Çünki özünə, xanımlığına, sənətinə hörmət edir. O, vətənini sevən insandır. Heç vaxt Azərbaycanı qoyub başqa ölkəyə köçməz! Allahın ona bəxş etdiyi ömür payı ilə doğma vətənində ailəsi ilə birlikdə cansağlığı və xoşbəxtlik içində həyatını yaşayır.
  • Dekabrın 28-də Zeynəb Xanımın doğum günüdür. Bu il də gedib, təbrik edəcəksiniz? Görüşəndə sizdən nələr soruşur? Nələrdən gileylənir?
  • Zeynəb xanımı evində tez-tez ziyarət edirəm. Allah qismət edərsə, doğum günündə də, gedib təbrik edəcəm. Zeynəb Xanlarova sağlığında əfsanəyə dönən dahi sənətkardır. O, Azərbaycan musiqi mədəniyyətimizin canlı klassikidir, matriarxıdır. Xanlarovlar nəslinin baş tacıdır. Uca Allah onu bizə çox görməsin. Amin!

admin

Related Posts