Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Məni ən çox Firuzə İbadova incidib”

“Məni ən çox Firuzə İbadova incidib. Onun qəribə cazibəsi var idi. Hara gedirdik, onun dalınca düşürdülər. Gözəl qız idi”.

Bu fikirləri “Lalə” qızlar ansamblının rəhbəri, Xalq artisti Ceyran Haşımova səsləndirib.

“Bir dəfə gördüm qastrol zamanı yatdığımız otağın pəncərəsinə daş atırlar. Bir cavan oğlan idi, gəlib ki Firuzə məni çağırıb. A bala, nə vaxt? Deyir konsertdə oxudu ki , “get, ay batandan sonra gəl, ay oğlan”. Xalq mahnısını dinləyib, gəlib, Firuzənin dalınca. Hər konsertdə tapşırırdım ki, Firuzə oxuyanda tamaşaçılara yox, mənə bax, üzünü mənə tut oxu. Firuzə İbadova səhnədə bütün sevgi mahnılarını mənə oxuyurdu” , – deyə o bildirib.

admin

Related Posts