Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mətanət: “107 kiloqram olanda ürəyim partlayırdı”

“O zaman 107 kiloya qalxmışdım. Pəhriz saxlamırdım, qolum sınmışdı, idman etmirdim, hərəkətdə olmurdum. İnan ki, ürəyim partlayırdı”.

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Yanar saat” verilişində deyib.

İllərdir ki, artıq çəki ilə mübarizə apardığını söyləyən sənətçi 107-dən 66 kiloqram çəkiyə düşdüyünü açıqlayıb:

“Ayaqlarımın, belimin ağrısından ayaqüstə dayana bilmirdim. Mənə o qədər çəki olmaz. Çünki sümüklərim xırdadır. Yaxşı ki, həmin kiloda çox az, haradasa 1 ay qaldım. Həmişə maksimum 93 kiloya qalxırdım, mənim üçün ən dəhşətli çəki 93 idi. 107-ə çatdım, dedim, dayan, axırına çıxım, sən də bax. Hazırda 66 kiloyam”.

Qeyd edək ki, M.İsgəndərli yeddi ay əvvəl mədəkiçiltmə əməliyyatı keçirib.

admin

Related Posts