Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Səidə: “Bahalı avtomobil və muğam oxuyan xanım bir-biri ilə düz gəlmir”

Müğənni Səidə Sultan “Ən bahalı avtomobilləri xanəndə xanımlar sürür” fikirlərinə yenidən münasibət bildirib.

Bu haqda isə sənətçi “Səhər mərkəzi” verilişində danışıb.

S.Sultan bildirib ki, muğam oxumaqla bahalı avtomobil almaq mümkün deyil.

“Düz demişəm və fikrimdə də qalıram. Estrada müğənniləri ömür boyu əziyyət çəkir. Ora qaç, bura qaç. Estrada ifaçıları heç zaman hazıra nazir olmayıblar. Hansı estrada müğənnisi hazıra nazir olub? Hamısı əziyyət çəkir.

Muğam oxumaqla o dərəcədə də pul qazanmaq olmur. Bahalı avtomobil və muğam oxuyan xanım düz gəlmir bir-birinə. Yəni bir-birini tamamlamır. Muğamda o qədər pul yoxdur ki, gedib muğam oxuyasan səhər isə bahalı avtomobil versinlər. Orada başqa məsələlər var. Deyərəm amma efirdi. Açıq aydın deyərəm, sonra isə söyləyəcəklər ki, Səidə yenə danışdı”, – deyə Səidə vurğulayıb.

admin

Related Posts