Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Plastik əməliyyat keçirən Nigar: “Yanaqlarımın həcmini kiçiltdim” 

Plastik əməliyyat keçirən Nigar: “Yanaqlarımın həcmini kiçiltdim” 

Əməkdar artist Nigar Şabanova növbəti dəfə plastik əməliyyat keçirib.

Bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Nigar klinikaların birində palatada güzgü önündə xəstə geyimində çəkdiyi selfisini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək üzündən əməliyyat olunacağını yazıb. “Tezliklə stressdən, yorğun düşmüş üzümdən kompleks daşıdığım yanaqlardan əsər də qalmayacaq”, – deyə Nigar bildirib.

Sənətçi artıq əməliyyat olunduğunu və cərrahi müdaxilənin uğurla keçdiyini, lakin ağrılarının olduğunu açıqlayıb: “Sonuncu efirdə yanaqlarıma baxıb, dəhşət kompleks keçirdim. Anidən qərar verdim ki, yanaqlarımın həcmini kiçildim. Çox ağır əməliyyatdır. Ümüd edirəm istədiyim nəticəni əldə edəcəyəm”.

Qeyd edək ki, ötən ilin sonları Nigar Şabanova bədənşəkilləndirmə əməliyyatı keçirərək, qarın piylərindən azad olunub.

Editor

Related Posts