Today Şənbə, 5th İyul 2025
Birinci 24

Birinci 24

Qarabağdakı tarix və mədəniyyət abidələrinin statusu müəyyənləşib

Qarabağdakı tarix və mədəniyyət abidələrinin statusu müəyyənləşib

Azad edilmiş ərazilərdəki tarix və mədəniyyət abidələrinin statusu müəyyənləşib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Azərbaycanda ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib. Dəyişişiklə Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Xocavənd və Zəngilandakı tarixi və mədəni irs ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsi üzrə: “Ağdam rayonu” hissəsinə aşağıdakı məzmunda 203-1-ci bənd əlavə edilsin:

203-1.Məscid1879-cu ilAbdal kəndi

“Kəlbəcər rayonu” hissəsinə aşağıdakı məzmunda 267-1-ci bənd əlavə edilsin:

267-1.MonastırIX-XIV əsrlərQanlıkənd kəndi

“Laçın rayonu” hissəsinə aşağıdakı məzmunda 312-1-ci bənd əlavə edilsin:

312-1.MəbədIX-XI əsrlərBozlu kəndi

Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə:“Memarlıq abidələri” bölməsinin “Ağdam rayonu” hissəsinə aşağıdakı məzmunda 4030-1-ci bənd əlavə edilsin:

4030-1.HamamXIX əsrin sonu- XX əsrin əvvəlləriAğdam şəhəri

“Memarlıq abidələri” bölməsinin “Ağdam rayonu” hissəsinin 4053-cü bəndində “Kənkərli” sözü “Kəngərli” sözü ilə əvəz edilsin; “Memarlıq abidələri” bölməsinin “Ağdam rayonu” hissəsinə aşağıdakı məzmunda 4055-1–4055-9-cu bəndlər əlavə edilsin:

4055-1.Türbə1989-cu ilƏlimədətli kəndi
4055-2.TürbəXIX əsrBoyəhmədli kəndi
4055-3.TürbəXIX əsrQızıl Kəngərli kəndi
4055-4.TürbəXIV-XV əsrlərQızıl Kəngərli kəndi
4055-5.KörpüXVIII-XIXəsrlərKəngərli kəndindən şimal- qərbdə
4055-6.TürbəXVIII-XIXəsrlərEyvazxanbəyli kəndi
4055-7.Hamam1900-1901-ciillərGülablı kəndi
4055-8.Məscid1899-cu ilGülablı kəndi
4055-9.Məscid1896-cı ilNovruzlu kəndi

“Memarlıq abidələri” bölməsinin “Füzuli rayonu” hissəsinə aşağıdakı məzmunda 4240-1–4240-4-cü bəndlər əlavə edilsin:

4240-1.HamamXVII-XVIIIəsrlərQarğabazar kəndi
4240-2.Əhməd Sultan türbəsi1794-1795-ciillərYuxarı Seyidəhmədli kəndi
4240-3.Türbə1852-1853-cüillərYuxarı Seyidəhmədli kəndi
4240-4.Məbəd və monastır qalıqlarıErkən orta əsrlərZərgər kəndi, Füzuli şəhərinin yaxınlığında

“Memarlıq abidələri” bölməsinin “Xocavənd rayonu” hissəsinə aşağıdakı məzmunda 4353-1–4353-7-ci bəndlər əlavə edilsin:

4353-1.1 nömrəli körpüXIX əsrBöyük Tağlar kəndi
4353-2.2 nömrəli körpüXV-XVI əsrlərBöyük Tağlar kəndi
4353-3.1 nömrəli körpüXX əsrin əvvəlləriTağaser kəndi
4353-4.2 nömrəli körpü1939-cu ilTağaser kəndi
4353-5.3 nömrəli körpü1763-cü ilTağaser kəndi
4353-6.KörpüXVIII əsrHadrut qəsəbəsi
4353-7.MəbədXVII əsrEdişə kəndi

“Memarlıq abidələri” bölməsinin “Kəlbəcər rayonu” hissəsinə aşağıdakı məzmunda 4497-1–4497-9-cu bəndlər əlavə edilsin:

4497-1.BulaqXVII əsrDaşbulaq kəndi
4497-2.Məbəd qalıqlarıXII-XIII əsrlərDaşbulaq kəndi
4497-3.MəbədXVII əsrÇaykənd kəndi
4497-4.Məbəd qalıqlarıXVII əsrGünəşli kəndi
4497-5.Məbəd (sövmə)XIII-XIV əsrlərQamışlı kəndi
4497-6.Qırmızı məbədXII-XIII əsrlərFətallar kəndi
4497-7.MonastırXII-XIII əsrlərÇəpli kəndi
4497-8.MəbədXIII əsrZar kəndi
4497-9.MəbədXIII əsrZar kəndi

“Memarlıq abidələri” bölməsinin “Laçın rayonu” hissəsinə aşağıdakı məzmunda 4764-1–4764-7-ci bəndlər əlavə edilsin:

4764-1.MəbədIX-X əsrlərSadınlar kəndi
4764-2.MəbədXIII-XVII əsrlərQarasaqqal kəndi
4764-3.Qaraçanlı qalasıOrta əsrlərQaraçanlı kəndi
4764-4.Monastır qalıqlarıIX-XI əsrlərKatos kəndi
4764-5.Məbəd (sövmə)XII-XIII əsrlərƏrikli kəndi
4764-6.MəscidXIX-XX əsrlərCicimli kəndi
4764-7.QalaMirik kəndi

“Memarlıq abidələri” bölməsinin “Zəngilan rayonu” hissəsinə aşağıdakı məzmunda 5292-1-ci bənd əlavə edilsin:

5292-1.MəbədXVII əsrŞatarız kəndi

“Arxeoloji abidələr” bölməsinin “Cəlilabad rayonu” hissəsindən sonra aşağıdakı məzmunda “Füzuli rayonu” hissəsi əlavə edilsin:

Füzuli rayonu
5803-1.Kəhriz1912-1917-ciillərXatınbulaq kəndi
5803-2.KəhrizXIX əsrSərdarlı kəndi

“Arxeoloji abidələr” bölməsinin “Laçın rayonu” hissəsinə aşağıdakı məzmunda 5925-1-ci bənd əlavə edilsin:

5925-1.Mağara (Ağzıbir kahası)Qarıqışlaq kəndi

Editor

Related Posts