Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Azərbaycan nümayəndəsi ilə Qarabağdakı ermənilərin görüşü olub”

“Azərbaycan nümayəndəsi ilə Qarabağdakı ermənilərin görüşü olub”

“Rusiya hərbçiləri Ermənistanın minaların daşınması üçün Laçın dəhlizindən istifadə etməsi ilə bağlı Azərbaycandan gələn məlumatları araşdırır”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, Laçın dəhlizi liderlərin 9 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmalarına əsasən, vətəndaşların yüklərinin və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır və bu marşrutla heç bir hərbi yükün göndərilməməsi ayrıca razılaşdırılıb:

“Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu dəhliz boyu minalar daşıyıb. Sonra bu minalar müqavilələrə zidd olaraq Azərbaycan mövqelərinin yaxınlığındakı əraziləri minalamaq üçün istifadə olunub. Bizim hərbçilərimiz bunu araşdırırlar”.

Lavrov yaxın vaxtlarda Laçın dəhlizi məsələsinin həll olunacağına əminliyini ifadə edib:

“Dünən və ya srağagün Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan nümayəndələri ilə Qarabağ nümayəndələri arasında görüşlər baş tutub. Düşünürəm ki, (Laçın dəhlizi ilə bağlı – red.) məsələ yaxın vaxtlarda öz həllini tapacaq”.

Editor

Related Posts