Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan Prezident seçkilərinin keçiriləcəyi tarixlə bağlı mesaj verdi

Ərdoğan Prezident seçkilərinin keçiriləcəyi tarixlə bağlı mesaj verdi

“Rəhmətlik Menderes (Adnan Menderes – Türkiyənin 9-cu və CHP-dəm olmayan ilk baş naziri – red.) 14 may 1950-ci ildə “Yetər, söz millətindir” deyərək millətin könlünə girib və seçkilərdən əzici bir zəfərlər çıxıb. Biz də artıq heç bir şey əvvəlki kimi olmayacaq deyərək azadlıq və rifah həsrəti içindəki millətimizin böyük dəstəyi ilə hökumətə gəlmişdik”.

Bunu Prezident Rəcəb Ərdoğan Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxış edərkən bildirib.

“İndi də söz də, qərar da millətindir deyərək 2023-də millətimizin dəstəyini arzu edirik. Millətimiz 73 il sonra bir daha eyni gündə “altılı masa” deyə qarşımıza çıxan bu müstəmləkə həvəslilərinə “yetər” deyəcək. Milli iradənin ən yüksək məqamı olan Türkiyə Böyük Millət Məclisindən meydan oxuyuram: Nə edirsiniz edin, yenə bacarmayacaqsınız”, – Prezident Ərdoğan deyib.

Qeyd edək ki, bu il Türkiyədə prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri adətən həftənin bazar günü baş tutur. Ərdoğanın bəhs etdiyi 14 may 2023-cü il də məhz bazar günüdür.

Editor

Related Posts