
Azərbaycan Respublikasının diplomatik mənbələrinə istinadən verilən məlumata görə, İran hökuməti Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən zərər çəkənlərə Azərbaycanın humanitar yardım göndərməklə bağlı təklifini rədd edib.
Bu mənbələr Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı nəticəsində yaranan gərginliyə baxmayaraq, rəsmi Bakının Xoy şəhərində baş vermiş son zəlzələdən zərər çəkənlərə İran tərəfinə yardım göndərilməsini təklif etdiyini, lakin bu ölkənin rəsmilərinin bu təklifə qarşı çıxdığını açıqlayıb.
Qeyd edək ki, yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində Rixter şkalası üzrə 5,9 bal gücündə zəlzələ baş verib. Rəsmi statistikaya görə, zəlzələ nəticəsində yüzlərlə yaşayış evi dağılıb. Minlərlə Xoy sakini də qış mövsümü və bölgədəki soyuq hava ilə əlaqədar bir çox problemlərlə üzləşib.