
İranın Sənəndəc əyalətinin Qızıl Aypara Cəmiyyətinin sədri Pəyam Cəlali Təbrizdən Kərbəlaya zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 48 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, avtobus bugün səhər saat 03:30-da Şərqi Azərbaycan əyalətinin sakinlərini daşıyarkən Kamyaran-Sənəndəc yolunda qəzaya uğrayıb.
Yaralananlardan yeddisi xəstəxanalara göndərilib, onlardan dördü reanimasiyaya yerləşdirilib.