Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sizcə, Türkiyədəki zəlzələ süni yolla yaradılıb?“ – Müğənninin şübhəsi

“Sizcə, Türkiyədəki zəlzələ süni yolla yaradılıb?“ – Müğənninin şübhəsi

Müğənni Elnarə Xəlilova Türkiyədə baş verən zəlzələyə dair paylaşım edib.

O, sosial şəbəkə hesabında məşhur ixtiraçı alim Nikola Teslanın ilk süni zəlzələ təcrübəsi haqda yazıb.

İfaçı Türkiyədəki yeraltı təkanların textonik silahla baş verə biləcəyi gümanındadır:

“Bununla bağlı bir fikri olan varmı? Sizcə, Türkiyədəki zəlzələni də süni yarada bilərdilərmi? Əgər həqiqətən belədirsə, Allah bu zülmü götürməz. Allah tezliklə cinayətkarların bəlasını versin, amin”.

Xatırladaq ki, Nikola Tesla Nyu-Yorkdakı laboratoriyasında Rixter şkalası üzrə 5 bal gücündə süni zəlzələ yarada bilmişdi. Lakin daha sonra bunun qorxulu və lazımsız olduğunu düşünmüşdü.

Editor

Related Posts