Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran və Ermənistan Laçın-Qubadlı istiqamətində hücuma hazırlaşır – Sensasion gəlişmə

İran və Ermənistan Laçın-Qubadlı istiqamətində hücuma hazırlaşır – Sensasion gəlişmə

Ermənistan Azərbaycana qarşı növbəti hərbi provokasiya hazırlayır.

Bu məlumatı Haqqin.az öz mənbələrinə istinadən yayıb. Məlumata görə, provokasiyanın hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 30 diversantı iştirak edəcək. Sayt hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil edilən diversiya qrupunun Ermənistan-Azərbaycan sərhədində Zəngəzur vilayətində yerləşdiyini bildirib. Onların Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birgə hazırlıq işi apardığı vurğulanıb.

Ermənistana gələn diversiya qrupunun SEPAH generalının rəhbərlik etdiyi və onun adının artıq Azərbaycan hökumətinə bəlli olduğu qeyd edilib. Bu şəxs uzun müddət Suriyada xidmət edib və yerli lokal döyüşlərin reallaşdırılmasına və diversiya hücumlarının təşkilinə rəhbərlik edib.

Haqqin.az diversiya qrupunun iki istiqamətdə – Laçın və Qubadlı rayonları istiqamətində hücum planlaşdırdığını bildirib. Birinci hücumun diversantlar tərəfindən Ermənistan ordusunun formasında Azərbaycan postlarından birinə həyata keçiriləcək ki, nəticədə ordumuzun canlı qüvvəsinin öldürülməsi nəzərdə tutulub. İkinci qrup isə Azərbaycan ordusunun formasını geyinərək, erməni postlarından birinə hücum edərək, əsgərlərin hamısının qətlini planlaşdırdığı qeyd edilib. Bununla belə videoya erməni əsgərlərinin qətl səhnələrinin çəkilməsinin planlaşdırıldığı vurğulanıb. Bütün bunun nəticəsində isə Zəngəzura SEPAH-ın əlavə qüvvələrinin yeridilməsi, daha sonra isə Azərbaycanın postları və mövqelərinə hücumları nəzərdə tutulub. Bu hücumlar zamanı “Shaheed” dronlarından istifadə də istisna edilmir.

Ümumilikdə hücumda əsas məqsədin Avropa Birliyinin mülki missiyası üçün Azərbaycanın “növbəti aqressiya aktı” üçün faktın toplanılması və beynəlxalq ictimaiyyətdə Bakıya qarşı təbliğatın başladılması olduğu bildirilib. Bu həmçinin İRan ordusunun Ermənistana yeridilməsi üçün hüquq əsas da yaratmalıdır.

Bununla belə sayt hücum vaxtının təsadüfən seçilmədiyini iddia edib. “Haqqin.az” Türkiyənin zəlzələ ilə başının qarışmasından istifadə edərək, Tehranla öz planını tələsik gerçəkləşdirməyə çalışdığını yazıb.

Editor

Related Posts