Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə ölənlərin sayı 9 mini ötdü – Yenilənib

Türkiyədə ölənlərin sayı 9 mini ötdü – Yenilənib

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

O bildirib ki, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb. 

***14:58
Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 8 min 574 nəfərə çatıb.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, yaralananların sayı 49 min 133, dağılan binaların sayı 6 min 444-dür.

***12:41

Türkiyə vaxtı ilə 10:35-ə (Bakı vaxtı ilə 11:35) olan məlumata görə, Kahramanmaraşda baş verən zəlzələlərdə 7 min 108 nəfər həyatını itirib.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, 40 min 910 nəfər isə yaralanıb.

***11:58

Türkiyənin Kahramanmaraş vilayətində meydana gələn zəlzələlərdə ölənlərin sayı 6 min 957-ə çatdı.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, sonuncu məlumatlara əsasən 38 min 224 yaralı var.

***10:43

Türkiyənin Kahramanmaraş vilayətində meydana gələn və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 ballıq zəlzələlərdə ölənlərin sayı 6 min 234 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 37 min 11 nəfərə çatıb.

Qeyd edək ki, zəlzələnin dağıntılara səbəb olduğu 10 vilayətdə 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub.

Azərbaycan da daxil olmaqla bir neçə ölkədən gələn axtarış-xilasetmə qruplarının da iştirakı ilə xilasetmə əməliyyatları davam edir.

Editor

Related Posts