Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yanvar ayında Naxçıvanda vergi daxilolmaları 112,1 faiz icra olunub

2023-cü ilin yanvar ayı üzrə Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 9 mln. 953 min manat təşkil edib və proqnoz 112,1 faiz yerinə yetirilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 1 mln. 71 min manat olub.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən Birinci 24 İnformasiya Agentliyinə məlumat verilib. Belə ki, ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10 mln 209 min manat olmaqla, proqnoza 119,1 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən 1 mln. 639 min artıq vəsait toplanıb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 249 min manat olub, proqnoza 128,4 faiz əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 55 min manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 1 mln. 510 min manat olub, büdcəyə nəzərdə tutulandan 123 min manat artıq vəsait daxil olub.

Ötən ay həmçinin 47 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 383 fiziki şəxs qeydiyyata alınıb.

admin

Related Posts