Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rəşad Dağlıya göndərmə – Video

Rəşad Dağlıya göndərmə – Video

Ötən gün təqdim edilən “Evdə qalmış” filmində hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıya göndərmə edilib.

Filmdə aktrisa Nigar Əhmədova meyxanaları fərqli tərzdə oxumağı ilə yadda qalıb. O, həm də sənətçinin sosial mediada trend olan “Şir həmişə şirdir” ifasını səsləndirib.

Nigar “Titanik” filminin məşhur soundtreki, Selin Dionun “My Heart Will Go On” mahnısını sözügedən meyxananın sözləri ilə oxuyub. Bu anlar zalda gülüş səsləri və alqışlarla qarşılanıb.

Qeyd edək ki, romantik-komediya janrında olan “Evdə qalmış” filmi “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanır.

Editor

Related Posts