Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan DİN-in Orta İxtisas Polis Məktəbində andiçmə mərasimi keçirilib

Naxçıvan DİN-in Orta İxtisas Polis Məktəbində andiçmə mərasimi keçirilib

DİN-nin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və xidməti vəzifələrinin icrası zamanı həyatını itirmiş şəxslərin əziz xatirəsi etiramla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Andiçmə mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov gənc polislərə Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun salamını çatdırıb, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Sonra DİN-nin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənovun və OİPM-nin rəisi, polis polkovniki Kamil Məmmədəliyevin çıxışları dinlənilirb.

Tədbirdə gənc əməkdaş, şəhid ailəsi üzvü Gülnar Rzayeva çıxış edərək yaradılan yüksək şəraitə görə kurs yoldaşları adından minnətdarlıq edib. Sonra gənc əməkdaşlar polis andını qəbul ediblər.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb. Tədbirdən sonra nazir Süleyman Neymətov dinləyici və kursantlar üçün yaradılan şəraitlə yaxından tanış olub, həmin şəraitdən daha səmərəli istifadə olunması üçün tövsiyə və tapşırıqlar verib.

admin

Related Posts