Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Amerikan Riyaziyyat Olimpiadalarının qalibləri mükafatlandırılıb

Amerikan Riyaziyyat Olimpiadalarının qalibləri mükafatlandırılıb

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Naziriliyi tərəfindən Amerikan Riyaziyyat Olimpiadalarının qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub.

Bu münasibətlə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə keçirilən tədbirdə olimpiada və müasbiqələrin qalibləri və onların valideynləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqə qaliblərini təbrik edib.

Təhsil Nazirliyi Aparatının sektor müdiri Məmməd Bayramov olimpiadaların təşkili barədə ətraflı məlumat verib.

Sonra şagirdlərə və medal və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, II-XI siniflər üzrə keçirilən Amerikan Riyaziyyat Olimpiadasında şagirdlərdən 18-i birinci, 25-i ikinci, 59-u isə üçüncü yerin, VII-XI siniflər üzrə keçirilən Amerikan Riyaziyyat Müsabiqəsində isə şagirdlərdən 3-ü birinci, 2-si ikinci, 7-si isə üçüncü yerin qalibi olublar.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Hafiz Bəylərli isə SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasında 3-cü yerə, SIMOC Beynəlxalq Riyaziyyat Olimpiadasında fəxri fərmana, SINGA Beynəlxalq Riyaziyyat Olimpiadasında isə 3-cü yerə layiq görülüb. İstedadlı şagird 2022-ci ilin dekabr ayında Azərbaycanı Sinqapurda keçirilən “STEAM AHEAD” Riyaziyyat Olimpiadasında təmsil edib və 3-cü yerə layiq görülüb. Hafiz Bəylərliyə bürünc medal və sertifikatlar təqdim olunub.

admin

Related Posts