Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kəngərlidə internetin keyfiyyətinə görə yeni avadanlıqlar quraşdırılıb

Kəngərlidə internetin keyfiyyətinə görə yeni avadanlıqlar quraşdırılıb

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən xəbərə görə, Kəngərli rayonunda internetin sürətinin artırılması məqsədilə Naxçıvan Şəhər Mərkəzi Avtomat Telefon Stansiyası ilə Qıvraq Mərkəzi Avtomat Telefon Stansiyası arasında 2 ədəd 48 portlu (10 GB) Juniper EX2300 Ethernet Switch, 2 ədəd 80 km siqnaldaşıma gücünə malik SFP (Small Form-Factor Pluggable) ötürücü modul və 2 ədəd DC-AC converter qoşulub.

Nazirliyin mütəxəssisləri tərəfindən avtomat telefon stansiyalarında zəruri texniki tədbirlər həyata keçirilib. Yeni quraşdırılan avadanlıqlar vasitəsilə rayon mərkəzində və kəndlərdə internetin sürəti artırılıb.

Mühəndislər tərəfindən Kəngərli rayonunda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə telekommunikasiya sahəsində istifadə olunan müasir ölçmə cihazları vasitəsilə monitorinqlər davam edir.

admin

Related Posts