Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fevral ayında Naxçıvanda 857 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

Fevral ayında Naxçıvanda 857 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən Birinci 24 İnformasiya Agentliyinə məlumat verilib ki, cari ilin fevral ayı ərzində 857 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 709 texniki sənəd hazırlanıb, ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 43 daşınmaz əmlak obyektinə ünvan verilib. Həmçinin 97 torpaq sahəsinin plan və ölçüsünə dair dövlət kadastr kitablarında qeyd aparılıb, məhdudiyyət və yüklülüyə dair 474 arayış verilib.

Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 68 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib.

Fevral ayında kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 850 məlumat daşınmaz əmlakın elektron qeydiyyatı sisteminə daxil edilib. 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.

admin

Related Posts