Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiyaya girişi qadağan olunan əməkdar artist malikanəsini satır

Rusiyaya girişi qadağan olunan əməkdar artist malikanəsini satır

Rusiyaya 50 il müddətinə girişi qadağan olunan Ukraynanın Əməkdar artisti Svetlana Loboda Moskvadakı malikanəsini satışa çıxarıb.

Birinci 24 xəbər verir ki, mülk 650 milyon rubl müqabilində yeni sahibinə təqdim olunacaq. Bundan əlavə, malikanə ayda 1 milyon qarşılığında icarəyə də verilə bilər.

Lobodanın evi üç mərtəbədən ibarətdir. Buraya mətbəx, zal, 4 yataq, iki yemək, qonaq və bir neçə əlavə otaq, bilyard zalı, ofis, kitabxana, idman zalı, camaşırxana daxildir. Bundan başqa, mülkün ərazisində 3 maşınlıq qaraj, 12 avtomobillik dayanacaq, manqal sahəsi var. Ərazi 300-dən çox ağacla əhatələnib.

Eyni zamanda ifaçının Moskvada 3 otaqlı məzli də var.

admin

Related Posts