Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda könüllü ağacəkmə aksiyası keçiriləcək

Naxçıvanda könüllü ağacəkmə aksiyası keçiriləcək

Martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçiriləcək.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Könüllü aksiya zamanı ümumilikdə 40 min ting əkilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumlar, muxtar respublikanın dövlət orqanları, eləcə də digər təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri aksiyaya qoşulacaqlar.

Əkiləcək müxtəlif növ tinglərin 18 min ədədi “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsi, 22 mini isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatları tərəfindən yetişdirilib.

admin

Related Posts