Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Oksana Rəsulova:“Bu nə özbaşınalıqdır?”

Oksana Rəsulova:“Bu nə özbaşınalıqdır?”

Aktrisa Oksana Rəsulova maşınına hücum olan müğənni Nigar Camala dəstək çıxıb.

Birinci 24 xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib. Həmin anları izləyiciləriylə bölüşən Oksana bu sözləri yazıb:

“Bu nə özbaşınalıqdır? Bu nə biabırçılıqdır? Maşın vurmaq, hücum çəkmək nə deməkdir? Ay Allah. Söz tapa bilmirəm. Belə adamı necə adlandırasan? Nigar, yaxşı qurtardın, bacı.

Şokdayam. Belə çıxır ki, bu cür hadisə hamının başına gələ bilər. Polislərimizdən xahiş edirik ki, bu məsələyə aydınlıq gətirsinlər. Öncədən təşəkkür edirik”.

Qeyd edək ki, ötən gün naməlum şəxs yolda maşını saxlayaraq Nigarın avtomobilinə hücum edib və sol güzgüsünə zərbə endirib.

admin

Related Posts