Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Səidə Sultan: “Qız kimi düşünə bilmirəm”

Səidə Sultan: “Qız kimi düşünə bilmirəm”

Məni heç kəs sıxa bilməz, təbiətimiz belədir. Azad insanlarıq, ailəm də belədir.

Birinci 24 xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Atv şou xəbər”ə müsahibəsində deyib. Müğənni həm də bildirib ki, xanım olsa da, kişi kimi düşünür.

“Deyib gülürəm, amma özüm haqqında oğlan kimi fikirləşirəm, qız kimi düşünə bilmirəm”, – sənətçi bildirib.

“Subaylıq sultanlıqdır. Bəs bu sultanlıq nə vaxta qədər davam edəcək” sualına isə sənətçinin cavabı belə olub:

“Məncə, ömrümün axırına qədər. İnanmıram ki, mənlə dolanan adam çıxsın. Bacılarımın uşaqları var. Onlarla 5-15 dəqiqə oturub sonra çıxıb gedirəm. Özüm bayquşam”.

admin

Related Posts