Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qəbələdə bağ sahəsində başlayan yanğın meşə ərazisinə keçib

Qəbələdə bağ sahəsində başlayan yanğın meşə ərazisinə keçib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, ilkin ehtimala görə, yanğın həmin kənddə vətəndaşın bağ sahəsində xəzəlləri yandırması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib: “Hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür”.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

admin

Related Posts