Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 min 448 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 min 448 nəfərə çatıb

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 48 min 448 nəfərə çatıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Türkiyənin daxili işlər naziri Süleyman Soylu tərəfindən açıqlanıb.

Onun sözlərinə görə, həyatını itirənlərin 6 min 660 nəfəri xarici ölkə vətəndaşıdır. Təbii fəlakət zonasında dağıntıların təmizlənməsi işləri davam edir.

Qeyd edək ki, fevralın 6-da baş vermiş Kahramanmaraş zəlzələsi Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olub. Zəlzələdən sonra regionda 20 mindən çox afterşok qeydə alınıb.

admin

Related Posts