Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Vətən müharibəsi iştirakçısı qəzada öldü

Vətən müharibəsi iştirakçısı qəzada öldü

Ötən gün Goranboyda toydan qayıdanlar qəzaya düşüb, 2 nəfər həyatını itirib.

Məlumata görə, qəza zamanı ölən 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Qeyd edək ki, Ayxan İsgəndərovun 3 qardaşı var. Onların hamısı DİN əməkdaşıdır.

Xatırladaq ki, hadisə gecəsaatlarında Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “RAV 4” və “Mercedes CLS” markalı minik maşınları yolun kənarında dayanıblar. Bu zaman Goranboy rayon sakini 1992-ci il təvəllüldü Abbas Abbasov idarəetdiyi “Mercedes” markalı minik maşını ilə üzü Bakı istiqamətdə olarkən idarəetməni itirərək digər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə “RAV 4″ün sürücüsü 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və “Mercedes CLS”nin sürücüsü 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər.

Editor

Related Posts