Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sakinlər su probleminə görə yolu kəsdi – Saxlanılanlar var

Sakinlər su probleminə görə yolu kəsdi – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi (DİN) Saatlıda su probleminə görə yolun bağlanması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər.

“Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Hazırda araşdırmalar aparılır”.

***

“Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir”.

Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.

O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib: “Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.

Editor

Related Posts