Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Naxçıvanda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini hörmətlə yad ediblər.

Heydər Əliyev Muzeyində davam etdirilən tədbirdə çıxış edən Naxçıvanın mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, bu gün milli mədəniyyətimiz ulu öndərimizin ideyalarından güc alır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Nazir ümmumilli liderin Azərbaycan dilinin, milli teatrın, kinonun, heykəltaraşlıq, rəssamlıq, xalçaçılıq sənətinin, muzeylərin və kitabxanaların inkişafı sahəsində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib. Həmçinin ölkəmizin müstəqilik əldə etdikdən sonra məhz ulu öndərin təşəbbüsü ilə mədəniyyət siyasətinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu, sənətə və sənətkara diqqətin artırıldığını bildirib.

Natəvan Qədimova qeyd edib ki, mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində uğurlu addımlar atılıb, bütün sahələrin inkişafına istiqamətlənmiş əsaslı qanunvericilik bazası yaradılıb. Bu gün dahi rəhbərin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev də mədəniyyətimizin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib, bu sahədə ardıcıl tədbirlər görülür.

Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Heydər Əliyev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev, Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ülvi Əhmədov, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova və Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi qayğıdan danışıblar.

Tədbirin sonunda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” filmi nümayiş olunub.

admin

Related Posts