Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir

“Naxçıvan” Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir

“Naxçıvan” Universiteti ilə Litvanın Mikolos Romeris Universiteti arasında qarşılıqlı əməkdaşlıq imkanları genişləndirilir.

Universitetin İctimaiyyətlə əlaqələr sektorundan Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, bu məqsədlə ali təhsil müəssisəsinin rektoru Anar Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Litvanın Mikolos Romeris Universitetinə səfəri baş tutub. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə birgə qərarlar qəbul edilib. “Naxçıvan” Universitetinin beynəlmiləşmə strateji hədəflərinə uyğun olaraq tələbə və müəllim mübadiləsi yerinə yetirmək, birgə konfrans və təlimlərin təşkili razılaşdırılıb. Eyni zamanda iki universitet arasında ikili diplom proqramının işlənib hazırlanmasına qərar verilib.

“Naxçıvan” Universiteti rektorunun dəvətini qəbul edən Litva Universiteti rektoru professor İnqa Zaleniene yaxın zamanda əməkdaşlıq haqqında razılaşma imzalamaq məqsədilə universitetə səfər edəcəyini bildirib.

Səfər Avropa Komissiyasının maliyyələşdirdiyi Bakı Biznes Universitetinin kordinatoru olduğu ECAR layihəsi çərçivəsində baş tutub.

admin

Related Posts