Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İstedadlı şagird Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb

İstedadlı şagird Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin şagirdi Röya Musayevanın fərdi yaradıcılıq sərgisi açılıb.

Sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxış edərək balaca rəssamın uğurlarından, rəsm sənətinə olan marağından danışıb. Qeyd edib ki, muxtar respublikamızda yaradıcılıq sahəsində istedadlı gənclər üzə çıxarılmaqla, onlara hərtətəfli dəstək göstərilir, fərdi sərgiləri açılır.

“Bu cür sərgilərin təşkili gənclərdə incəsənətə maraq oyanmasına, eləcə də rəsm yaradıcılığının dərindən öyrənilməsinə şərait yaradır”, – deyə əməkdar rəssamlar Telman Abdinov və Həmzə Sadiqov bildiriblər.

Sərgidə istedadlı şagird Röya Musayevanın 27 əsəri nümayiş olunur. Balaca rəssam əl işlərinin hər birində özünəməxsus duyğularını əks etdirib. “Xarı bülbül”, “Şuşa”, “Mənzərə”, “Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi”, “Haçadağ” və digər tablolar gənc istedadın vətən sevgisinin rənglərlə ifadəsi kimi diqqəti cəlb edir.

admin

Related Posts