Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ceyhun Cəlilov kollektivə təqdim olunub

Ceyhun Cəlilov kollektivə təqdim olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, martın 16-da Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov kollektivə təqdim olunub.

Ceyhun Cəlilovu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.

Təqdimat zamanı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti geniş təhlil olunub, mövcud problemlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Qeyd edək ki, martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, Naxçıvana təyinatdan öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

admin

Related Posts