Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfa rayonunun Yaycı kəndində humanitar tibbi aksiya keçirilib

Culfa rayonunun Yaycı kəndində humanitar tibbi aksiya keçirilib

“Heydər Əliyev İli” tədbirləri çərçivəsində Naxçıvan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Yaycı kəndində humanitar tibbi aksiya keçirib.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətindən bildirilib.

Qrafikə uyğun olaraq keçirilən aksiya çərçivəsində xəstəxananın on nəfərdən ibarət həkim briqadası tərəfindən kənd əhalisinə tibbi xidmət göstərilib. Tibbi profilaktik müayinədən keçirilmiş 83 kənd sakinində 65-də konyunktivit, blefarit, OD-katarakta, quru göz sindromu, otit, öd daşı və müxtəlif xəstəliklər aşkar edilib.

Xəstəliyi aşkarlanan sakinlər aidiyyəti xəstəxanalara yönləndirilib. İxtisaslı həkimlər tərəfindən kənd sakinləri ilə tibbi maarifləndirici söhbətlər də aparılıb.

admin

Related Posts