Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda içməli suların keyfiyyətini yoxlamaq məqsədilə monitorinqlər davam etdirilir

Naxçıvanda içməli suların keyfiyyətini yoxlamaq məqsədilə monitorinqlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri içməli suların keyfiyyətini yoxlamaq məqsədilə monitorinqləri davam etdirir, dərmanlama və dezinfeksiya işləri görürlər.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları rayon ərazisindəki Arpaçay su anbarının və Su Təmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama və dezinfeksiya işləri aparıblar.

Həmçinin Arpaçay su hövzəsindən su nümunələri götürülərək ilkin analiz aparılıb, ağır metalların miqdarını və radioaktivliyi müəyyən etmək məqsədilə Sədərək rayonundakı su monitorinq laboratoriyasında analizlər aparılıb.

İçməli suların keyfiyyətinin yoxlanılması məqsədilə isə Şərur Rayon Su Təmizləyici Qurğular Kompleksindən su nümunələri götürülərək analizlər aparılıb, suyun bulanıqlığı, tərkibindəki anion, kation və digər elementlərin miqdarı müəyyən edilib.

admin

Related Posts