Naxçıvanda “IT Hub Azerbaijan” layihəsi təqdim olunub

Naxçıvanda “IT Hub Azerbaijan” layihəsi təqdim olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində “IT Hub Azerbaijan” layihəsinin təqdimatı keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva bildirib ki, “IT Hub Azerbaijan” layihəsinin məqsədi ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlbinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərməkdir. Layihəyə Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Naxçıvandan olan gənclər qatıla bilərlər.

İcra Hakimiyyətinin əməkdaşı Həsən Vəliyev layihə ilə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, “IT Hub Azerbaijan” layihəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Koordinasiya və Təhlil Mərkəzi, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin “StrategEast” tərəfindən “EPAM Systems”lə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə iştirakçıları ingilis dilində onlayn həyata keçirilən müxtəlif təlimlər siyahısından seçim edə biləcəklər. Təlimlərin müddəti 9 aya qədərdir. Proqramın sonunda sertifikatlaşdırılacaq 80-ə qədər Azərbaycan vətəndaşının ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin son qeydiyyat tarixi martın 21-dir. Seçim prosesinin ümumi müddəti səkkiz həftəyə qədər çəkəcək. Seçilmiş namizədlərə e-poçt vasitəsilə məlumat veriləcək və proqramda iştirak etməyə dəvət olunacaqlar.

admin

Related Posts