Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad olunub

Naxçıvan Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad olunub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsin baş həkimi Kəmalə Qurbanova tutduğu vəzifəsindən azad edilib. Bununla bağlı əmri muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov imzalayıb.

Qeyd edək ki, Naxçıvan Doğum Mərkəzi əhalinin ən çox narazı qaldığı, korrupsiyalaşmış və insanların incidildiyi səhiyyə müəssisəsi idi.

Baş həkim vəzifələrinin müvəqqəti icrası baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunub.

admin

Related Posts