Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Səhnədən uzaqlaşan azərbaycanlı müğənni efirə çıxdı: “Bir neçə biznesim var”

Səhnədən uzaqlaşan azərbaycanlı müğənni efirə çıxdı: “Bir neçə biznesim var”

Efirlərdən və səhnədən uzaqlaşan müğənni Yaqut Babayeva uzun zamandan sonra üzə çıxıb.

Birinci 24 xəbər verir ki, sənətçi “Elgizlə izlə” ictimai-sosial verilişinə qonaq gəlib.

Tamaşaçıları intizarda saxlamaq üçün efirə üzü bağlı qara maskada çıxan Yaqut ailəsindən söz açıb:

“Mən çoxdan ailə qurmuşam. İkinci övladım dünyaya gələndən sonra bir müddət boşluqlar yarandı. İki övladım var. Bir qız, bir oğlan. İki qız nəvəm var. Qızımın qızlarıdır. Oğlumun 25 yaşı var. Hazırda subaydır”.

Y.Babayeva bildirib ki, illər əvvəl saçının düzümünə və rənginə görə onu Əməkdar artist Mətanət İsgəndərliyə bənzədiblər:

“İndi məni Mətanətə oxşatmırlar. Amma illər əvvəl ikimizin də saçı qara rəngdə idi. Xalq artisti Ənvər Sadıxovun toyunda ikimiz şəkil çəkdirmişik. Bir-birimizə o qədər oxşayırıq ki, elə bil ki, bir adamıq. Saçımızın forması, görünüşümüz hamısı eyni idi. O zaman belə kəkillər də dəbdə idi. Ondan sonra saçımı saraltdım ki, Mətanətlə seçilək”.

Y.Babayeva bir neçə biznesə sahibdir olduğunu bildirib:

“Şirniyyat biznesim var. Ona görə belə çəki almışam (gülür). Yetərincə müştərilərim var”.

admin

Related Posts