Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb

Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb

Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumlara işə qəbul üçün keçirilən müsabiqənin müsahibə mərhələsi başlayıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə məlumat verilib. Bildirilib ki, bu mərhələdə 5 üzvdən ibarət komissiya tərəfindən namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılır.

Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Nazirliyə təqdim olunur.

Qeyd edək ki, 345 vakant vəzifənin çıxarıldığı müsabiqənin test mərhələsində qeydiyyatdan keçən 192 namizəddən 138-i imtahanda iştirak edib. 90 namizəd keçid balını toplayıb. 45 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak hüququ qazanıb. Ən sıx müsabiqə vəziyyəti Naxçıvan Dövlət Filarmoniyası üzrə yaranıb ki, burda müxtəlif vəzifələrin tutulması üçün 33 namizəd mübarizə aparacaq.

Müsahibə mərhələsi mayın 25-ə qədər davam edəcək.

admin

Related Posts