Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İnşası davam edən Heydər Məscidi Kompleksində rabitə infrastrukturu qurulub

İnşası davam edən Heydər Məscidi Kompleksində rabitə infrastrukturu qurulub

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan şəhərində yeni inşa olunan Heydər Məscidi Kompleksinin inşası zamanı rabitə xətlərinin çəkilişi həyata keçirilib.

Bu məqsədlə 1300 metrdən artıq fiber-optik xətt və 1200 metrə yaxın müxtəliftutumlu kabellər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.

Bununla yanaşı, Naxçıvan şəhərinin Atatürk küçəsi bina 11 ünvanından Atatürk küçəsi bina 22 ünvanınadək olan məsafədə abonentlərin keyfiyyətli rabitə xidmətləri ilə təmin olunması məqsədilə mövcud olan yararsız kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən yeni kabellərlə əvəzlənib, paylayıcı şkaflarda təmir-bərpa işləri görülüb.

Bu məqsədlə 900 metr müxtəliftutumlu kabellər çəkilib, 1 ədəd əlavə yeni paylayıcı şkaf quraşdırılıb və 5 ədəd abonent qutusu əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar aşkar edilərək bərpa edilib.

Bu tədbirlər abonentlərin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunmasına șərait yaradacaqdır.

admin

Related Posts