Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda yerli vergi orqanlarında yeni şöbələr yaradılıb

Naxçıvanda yerli vergi orqanlarında yeni şöbələr yaradılıb

Vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, əlverişli biznes mühitinin yaradılması və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının daha da asanlaşdırılması məqsədilə Naxçıvan MR Dövlət Vergi Xidmətinin strukturu təkmilləşdirilərək Naxçıvan şəhər və Ərazi vergilər idarələrinin tərkibində Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu şöbələri yaradılıb.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Vergi xidmətindən bildirilib.

Məluamata əsasən, muxtar respublika ərazisində kommersiya hüquqi şəxs qismində fəaliyyət göstərmək istəyən şəxslər elektron qaydada və ya müvafiq vergilər idarələrinə müraciət edərək vergi uçotuna alına bilərlər.

Xatırladaq ki, əvvəlki dövrlərdə kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı yalnız Naxçıvan MR Dövlət Vergi Xidmətinin mərkəzi aparatında həyata keçirilirdi.

admin

Related Posts