Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu gün səhər saatlarında Naxçıvan – Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, Şahbuz istiqamətindən Naxçıvan istiqamətinə hərəkət edən avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Zahir Səfərov və 1971- ci il təvəllüdlü Bəxtiyar Şirinov hadisə yerində həlak olub. İlkin versiyaya görə hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılmasıdır.

Zahir Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.

Araşdırma aparılır.

admin

Related Posts