Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şahbuzda növbəti humanitar tibbi aksiya keçirilib

Şahbuzda növbəti humanitar tibbi aksiya keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti “Heydər Əliyev İli” çərçivəsində rayonun Badamlı kəndində humanitar tibbi aksiya təşkil edib.

Aksiya çərçivəsində xəstəxananın 14 nəfərdən ibarət həkim briqadası kənd sakinlərinə, o cümlədən şəhid ailələri üzvlərinə və qazilərə müxtəlif tibbi xidmətlər göstərib.

Tibbi aksiyadan 70 kənd sakini yararlanıb. Tibb müəssisəsinə gələ bilmək imkanı olmayan xəstələr evlərində müayinə və müalicə olunublar.

Humanitar tibbi aksiya rayonun digər kəndlərində də davam etdiriləcək.

admin

Related Posts