Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məhkəmə Əlizamin Salayevlə bağlı qərar verdi

Məhkəmə Əlizamin Salayevlə bağlı qərar verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayev barəsində hökm oxunub.

Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb.

Məlumata görə, Əlizamin Salayev aclığın 105-ci günündə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əlizamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq – silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılb. Salayev öz həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 105 gündür aclıq edir. ABŞ-ın Bakıdakı səfirliyi hakimiyyəti Zamin Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb.

Editor

Related Posts