Pentaqon rəsmiləri Ermənistana gəldilər

Pentaqon rəsmiləri Ermənistana gəldilər

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri general-mayor Kit Filips və Patrik Prayor Ermənistana gəliblər.

Birinci 24 Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, onlar müdafiə və təhlükəsizlik sahəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmləndirilməsi perspektivlərini müzakirə etmək üçün Ermənistan rəsmiləri və silahlı qüvvələrin nümayəndələri ilə görüşəcəklər.

Editor

Related Posts